вторник, 27 января 2009 г.

HİV nedir?


İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) – orqanizmi infeksiyadan qoruyan T-limfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur.
HİV infeksiyasına yoluxmaq və AİDS xəstəliyinə tutulmaq – eyni şey deyil. HİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anticisimlər aşkar olunur. Bu vəziyyətin həyatı təhlükə qarşısında qoymasına baxmayaraq bir çox HİV-ə yoluxanlar illərlə xəstələnmirlər. Lakin onlar digər insanlar üçün virus mənbəsi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha zəif etməklə onun immun sistemini dağıdır.
AİDS diaqnozu infeksiyaya müqavimət göstərən hüceyrələrin (T-xelperlərin) səviyyəsinin 200-dən aşağı düşməsi dərəcəsində immun sisteminin zəif olduğu və pasiyentdə bir və ya bir neçə opportunistik infeksiyaların (Oİ) inkişaf etdiyi zaman HİV-ə yoluxan insana qoyulur. Opportunistik infeksiyalar – zəif immunitet fonunda inkişaf edən infeksiyadır. Onlar hətta öldürücü ola bilərlər.
HİV virusu xarici mühitdə cəmi bir neçə dəqiqə fəaliyyət göstərə bilər. Lakin şpris və iynədə HİV bir neçə gün yaşaya bilər. Buna görə də inyeksiya zamanı steril birdəfəlik şprislərdən istifadə etmək lazımdır, çünki artıq digər insanlar tərəfindən istifadə olunmuş şprislərdə canlı immunçatışmazlığı virusu ola bilər.

Комментариев нет:

Отправить комментарий