вторник, 27 января 2009 г.

Yoluxma ne zaman baş verir?


HİV infeksiyasına yoluxmuş insanın qanının, spermasının, uşaqlıq sekresiyasının infeksiyaya yoluxmayan insanın qanına və ya bilavasitə qana və ya selikli qişa yolu ilə keçməsi ilə baş verir. Körpənin anadan yoluxması ananın hamiləliyi dövründə (daxili bətndə), doğuş zamanı və ya döş əmizdirilməsi zamanı baş verir. Lakin bu günədək infeksiyanın tüpürcək, göz yaşı və ya əl sıxma və ya qucaqlaşma da daxil olmaqla məişət kontaktları ilə yoluxması halları qeydə alınmamışdır.
HİV-ə yoluxma riski aşağıdakı hallarda qeyri-mümkündür:
- Əl sıxması və ya digər məişət kontaktları (qucaqlaşma da daxil olma) zamanı;
- Məişət əşyalarından birgə istifadə edərkən;
- Ofis əşyalarından (telefon, kompyuter, karandaş və ya qələm də daxil olmaqla) birgə istifadə edərkən;
- Öskürərkən və ya asqırarkən;
- Saunada və ya hovuzda;
- Həşəratların sancması zamanı;
- Ev heyvanları ilə kontaktda olarkən;
- İdmanla məşğul olarkən;
- Unitazın oturacağı vasitəsilə;
- Yataq dəsti vasitəsilə.

HİV/AİDS-lə diger yoluxucu xestelikler arasında elaqe varmı?

Cinsi yolla keçən infeksiyalara (CYKİ) yoluxmuş insanlar HİV-ə yoluxma riskinə daha çox məruz qalırlar. Unutmamaq lazımdır ki, açıq yaraların əmələ gəlməsi ilə müşayiət olunan zöhrəvi xəstəliklər (məsələn, herpes) yüksək risk faktorudur. Qapalı formada mövcud olan CYKİ də həmçinin HİV-ə yoluxma riskini artırır.
Əgər immunçatışmazlığı virusu müalicə olunmazsa, orqanizm vərəm kimi digər yoluxucu xəstəliklər qarşısında müdafiəsiz olacaqdır. Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatlarına əsasən Azərbaycanda HİV-lə yaşayan insanların 50%-i vərəmə yoluxurlar. Bu xəstəlik AİDS xəstələrinin əsas ölüm səbəbidir: AİDS xəstələrinin üçdə bir hissəsi vərəmdən ölür. Vərəmin aktiv forması HİV infeksiyasının hər anında yarana bilər, lakin orta hesabla vərəm HİV-ə yoluxmadan 6-8 il sonra inkişaf edir.

HİV nedir?


İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) – orqanizmi infeksiyadan qoruyan T-limfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur.
HİV infeksiyasına yoluxmaq və AİDS xəstəliyinə tutulmaq – eyni şey deyil. HİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anticisimlər aşkar olunur. Bu vəziyyətin həyatı təhlükə qarşısında qoymasına baxmayaraq bir çox HİV-ə yoluxanlar illərlə xəstələnmirlər. Lakin onlar digər insanlar üçün virus mənbəsi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha zəif etməklə onun immun sistemini dağıdır.
AİDS diaqnozu infeksiyaya müqavimət göstərən hüceyrələrin (T-xelperlərin) səviyyəsinin 200-dən aşağı düşməsi dərəcəsində immun sisteminin zəif olduğu və pasiyentdə bir və ya bir neçə opportunistik infeksiyaların (Oİ) inkişaf etdiyi zaman HİV-ə yoluxan insana qoyulur. Opportunistik infeksiyalar – zəif immunitet fonunda inkişaf edən infeksiyadır. Onlar hətta öldürücü ola bilərlər.
HİV virusu xarici mühitdə cəmi bir neçə dəqiqə fəaliyyət göstərə bilər. Lakin şpris və iynədə HİV bir neçə gün yaşaya bilər. Buna görə də inyeksiya zamanı steril birdəfəlik şprislərdən istifadə etmək lazımdır, çünki artıq digər insanlar tərəfindən istifadə olunmuş şprislərdə canlı immunçatışmazlığı virusu ola bilər.

HIV/AIDS haqqında

HIV/AIDS haqqında
HIV/AIDS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS -in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görülmür.
HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik.
Hər birimiz HİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik – bugünkü gün bilik virusa qarşı yeganə vaksindir. HİV, onun profilaktikası və müalicəsi haqqında əsas informasiyaya malik olmaq və anlamaq özümüzdən başlayaraq epidemiyanın artım tempinin aşağı salınması və HİV-lə yaşayan insanlara səbrli münasibətin formalaşmasına şərait yaradacaq qərarların qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir neçə faktlar haqqında məlumata sahib olmaq və onları anlamaq minlərlə və milyonlarla insan həyatını xilas edə bilər.
Hal-hazırda artıq 40 milyon insan HİV-ə yoluxmuş və ya AIDS xəstəliyinə tutulmuşlar.